image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1780740710_a6bae5d9-e328-4c38-9436-e4ca38797fdb

Hərbi qulluqçularımız Ömər aşırımında dərəyə yıxılıblar – Ölən var (YENİLƏNİB)

image-legitimaz-810x90

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

Müdafiə Nazirliyindən “Xeberaz.info”- nun sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti stabildir.

Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmamışdır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir.

Allah rəhmət eləsin.

Faktla bağlı araşdırma aparılır.

Anar Kəlbiyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki