image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2017-05-25-11-48-45yol_qeza_avariya_85

Gəncədə ustalar qəzaya düşdü – Yaralılar var

image-legitimaz-810x90

Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeberaz.info-nun məlumatına görə, qəza Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Hacıkənd qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1958-ci il təvəllüdlü Ə.Həsənov, 1980-ci il təvəllüdlü V.Əliyev, 1970-ci il təvəllüdlü V.Hacıyev və 1980-ci il təvəllüdlü T.Məmmədovdur.

Məlumata görə, qəzaya düşənlər ustadırlar.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki