“Xeberaz.info” xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə yaradılan dərsdinləmə komissiyalarının üvləri ilə görüş keçirilmişdir. Görüşdə 2024-2025-ci tədris ilində komissiyalar tərəfindən dinlənilən dərslərin təhlilləri aparılmış, növbəti tədris ilində dərsdinləmə meyarlarının təkmilləşdirilməsi, komissiya üzvlərinin sayının artırılması və dəyişdirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində ümumilikdə 7 sektor üzrə 794 saat dərsdinləmə həyata keçirilmişdir.
Dərs dinləmələrin aparılmasında əsas məqsəd müəllimlərin təlim ehtiyaclarını müəyyən etmək və onlara müvafiq metodiki dəstək göstərməkdir. Bu sahədə müəyyən olunmuş təlim ehtiyaclarına uyğun növbəti tədris komissiyalara müvafiq tapşırıqların verilməsi nəzərdə tutulmuşdur.