image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-817889340f14e08742024946312466be_17754622863277327812_1200x630

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik

image-legitimaz-810x90

Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir-birimizi dəstəkləyirik

Azərbaycanın xarici siyasətində qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi mühüm yer tutur. Respublikamız regionda əməkdaşlığın möhkəmlənməsi istiqamətində böyük səylər göstərir. Azərbaycanın müstəqillik tarixində sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana dövlət səfəri əlaqələrin daha da inkişafı baxımından böyük önəm daşıyır.  Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Hər iki ölkə bu sahədə fəaliyyətlərini daim uzlaşdırırlar.

Dövlətimizin başçısının  Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşündə də qarşılıqlı-faydalı müzakirlər aparılıb. Mətbuata bəyanat zamanı cənab Prezidentin dediyi kimi, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı vurğulayıb: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”. Dövlətimizin başçısı Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da inamla inkişaf edəcəyinə əminliyini ifadə edib. Cənab Prezident, həmçinin  Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqda olduğunu və regionun artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrildiyini diqqətə çatdırıb. Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir. Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub.

Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki