Xəbər verdiyimiz kimi, ötən gün Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində baş verən ağır yol qəzasında ölənlər olub.
“Xeberaz.info”-nun məlumatına görə, hadisə nəticəsində dünyasını dəyişənlərdən biri Qaradağ rayonun Korgöz qəsəbəsində yerləşən Elman Heydərov adına 197 saylı tam orta məktəbin informatika müəllimi Vəsfiyyə Məlikovadır.