image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1748671506-17486701365361739659_1200x630

Azərbaycan Kuboku: “Qarabağ” finalda “Sabah”a qarşı

image-legitimaz-810x90

Bu gün futbol üzrə Azərbaycan Kubokunda final oyunu keçiriləcək.

“Xeberaz.info” xəbər verir ki, həlledici qarşılaşmada “Sabah” və “Qarabağ” komandaları üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Matçın baş hakimi İnqilab Məmmədov olacaq. Ona yan xətt hakimləri Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.

Bu oyunun nəticəsi həm də avrokuboklara sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək. Əgər kuboku “Qarabağ” qazansa, “Sabah” avrokuboklardan kənarda qalacaq, əvəzində Premyer Liqada mövsümü 4-cü pillədə başa vuran “Turan Tovuz” UEFA Konfrans Liqasında iştirak hüququ əldə edəcək. “Zirə” isə Avropa Liqasında oynayacaq. “Sabah” qalib gələcəyi halda isə Avropa Liqasına vəsiqəyə sahib çıxacaq, Tovuz klubunun avrokubok arzusu reallaşmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki