image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-627969799_1451292376350536_346551109983600737_n

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub

image-legitimaz-810x90

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub

Son illərdə Azərbaycanın Avropa, türk dövlətləri ilə yanaşı, ərəb dünyası ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlətimizin başçısı İlham Əliyevin bu ölkələrə, həmçinin o ölkələrin liderlərinin Azərbaycana səfərlərinin dinamikliyi  əlaqələrimizin yüksələn xətlə inkişafından xəbər verir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, eyni zamanda, dövlət başçısı İlham Əliyevin  bu ölkəyə işgüzar səfəri oldu. Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri dost ölkənin Prezidentinin işğaldan azad edilmiş ərazimizdə, Füzuli Beynəlxalq Hava Limanında qarşılanması ilə yadda qaldı.  Qarabağın tacı, diplomatik mərkəzə çevrilən Şuşa Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri Prezidentlərinin təkbətək və geniş tərkibdə görüşlərinə, sənədlərin imzalanmasına şahidlik etdi. İki ölkə arasında imzalanan sənədlər arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrin gələcək inkişafında yol xəritəsi oldu.

İki ölkənin birgə səyləri nəticəsində Azərbaycan-BƏƏ əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.  Bu baxımdan dövlət başçısı İlham Əliyevin  fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri özündə bütün məqamları ehtiva edir. Prezident İlham Əliyev səfər çərçivəsində Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam ilə görüşdü. Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulandı, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu. Münasibətlərimizin genişlənməsində hər iki Prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi vurğulandı.

Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə imkanların yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkir. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərir.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki