image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-5e369ec46f13ac869ae9d4e40a217a15_17754697882601364756_1200x630

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır

image-legitimaz-810x90

Azərbaycan energetika sahəsində uzun illər bir çox ölkələrin enerji təhlükəsizliyini gücləndirən addımlar atmışdır.

 

Müasir dövrdə enerji təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan Azərbaycan Respublikasının həyata keçirdiyi enerji siyasəti yalnız ölkə daxilində deyil, həm də beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan uzun illərdir bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir.

Bu gün Azərbaycan qazının 16 ölkəyə ixrac olunması ölkənin enerji siyasətinin uğurlu nəticəsidir. Bu ixracın həyata keçirilməsində Gürcüstan xüsusi rol oynayır. Belə ki, Azərbaycan qazının və neftinin dünya bazarlarına çıxışı məhz Gürcüstan üzərindən təmin edilir. Gürcüstan bu prosesdə ilk tranzit ölkə kimi strateji əhəmiyyətə malikdir və bu amil iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycanın enerji strategiyasının mühüm komponentlərindən biri beynəlxalq enerji layihələrinin həyata keçirilməsidir. Bu baxımdan Bakı-Tbilisi-Ceyhan neft kəməri xüsusi yer tutur. Artıq 20 ildən çoxdur ki, bu kəmər uğurla fəaliyyət göstərir və Xəzər hövzəsinin enerji resurslarını dünya bazarlarına çatdırır. Bu layihə yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan regionun əhəmiyyətini artırmışdır.

Enerji əməkdaşlığının növbəti mühüm mərhələsi isə Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi olmuşdur. Bu dəhliz vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və beləliklə, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verilir. Bu layihə Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirmişdir.

Enerji layihələri ilə yanaşı, Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində də sıx əməkdaşlıq edir. Xüsusilə Orta Dəhliz region üçün strateji əhəmiyyətə malikdir. Bu dəhliz Şərq ilə Qərb arasında mühüm nəqliyyat bağlantısı yaradır və Azərbaycan ilə Gürcüstanın tranzit imkanlarını genişləndirir. Orta Dəhliz yalnız iqtisadi fayda gətirmir, həm də regionda logistika və ticarət əlaqələrinin inkişafına şərait yaradır.
Bu gün həyata keçirilən layihələr göstərir ki, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq çoxşaxəlidir və dinamik inkişaf edir. İki ölkə yalnız enerji sahəsində deyil, həm də nəqliyyat, ticarət və digər istiqamətlərdə birgə fəaliyyət göstərir. Bu əməkdaşlıq modeli qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanır.

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan–Gürcüstan münasibətləri digər ölkələr üçün nümunə ola bilər. Bu münasibətlər dostluq və qardaşlıq prinsipləri üzərində qurulmuşdur və uzunmüddətli perspektivdə davamlı inkişafı təmin edir. İki ölkə arasında mövcud olan siyasi iradə və qarşılıqlı dəstək həyata keçirilən bütün layihələrin uğurla reallaşmasına imkan yaradır. Eyni zamanda, bu əməkdaşlıq regionda sabitliyin və təhlükəsizliyin qorunmasına da xidmət edir. Enerji və nəqliyyat layihələri vasitəsilə region ölkələri arasında qarşılıqlı asılılıq artır və bu da sülhün möhkəmlənməsinə töhfə verir. Azərbaycan və Gürcüstan bu baxımdan regionda əməkdaşlıq və inkişaf modelini uğurla nümayiş etdirir. Gələcək perspektivlərə nəzər saldıqda, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın daha da genişlənəcəyi aydın görünür. Yeni enerji layihələrinin, nəqliyyat marşrutlarının və iqtisadi təşəbbüslərin həyata keçirilməsi bu əlaqələri daha da gücləndirəcəkdir. Bu isə həm iki ölkənin, həm də regionun ümumi inkişafına mühüm töhfə verəcəkdir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirir və ölkəni etibarlı tərəfdaş kimi tanıdır. Bu əməkdaşlıq modeli gələcəkdə də uğurla davam edəcək və yeni nailiyyətlərə yol açacaqdır.

                   

 

Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki