Ən son xəbərlər:

17.04.2023/17:13/ Göygöl rayonunda maraqlı görüş

Göygöl rayonunda maraqlı görüş.

xeberaz.info Gəncə İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Göygöldə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərən vətəndaşlarla “ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi xalq sənətkarlığı departamentinin müdiri Ləman Əhmədovanın görüşü olub.

Rayon İcra Hakimiyyətinin məlumatına istinadən görüşdə “ABAD” barəsində ətraflı məlumat verilib. Həmçinin qurumun fəaliyyəti ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməyə istiqamətləndiyi bildirilib.

“ABAD” əməkdaşları tərəfindən vətəndaşların suallarının cavablandırıldığı və “ABAD”çı olmaqda, yaradılmış dəstək layihələrindən yararlanmaqda müvafiq dəstək göstəriləcəyi bildirilən görüşdə qeyd edilib ki, “ABAD” mərkəzləri tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələri, həmçinin təlim, mühasibat, hüquqi yardım, logistika işinin və satışların təşkili həyata keçirilir.