Ən son xəbərlər:

17.04.2023/16:55/ Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub

Gəncədəki Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub.

xeberaz.info Gəncə İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Hər il olduğu kimi bu il də Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Pasxa bayramı qeyd olunub. Ötən gecədən başlayaraq kilsəyə toplaşan qərb bölgəsində yaşayan pravoslavlar İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra onun dirilməsini qeyd ediblər.

Bayram tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin və DQİDK Gəncə bölgəsi üzrə şöbəsinin nümayəndələri də iştirak ediblər.

Bayram münasibəti ilə icra edilən ayinlərdən öncə Respublika Prezidenti İlham Əliyevin pravoslavlara ünvanladığı təbrik məktubu oxunub. Ölkəmizdə daim sülh, əmin-amanlıq və xoşbəxtliyin hökm sürməsi arzulanıb, şəhidlərin ruhuna dualar oxunub. Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən kilsəyi bayram sovqatı göndərilib.

Kilsədə Pasxa bayramında vacib hesab edilən bir sıra ayinlər icra edilib, şamlar yandırılıb, dualar oxunub.