Ən son xəbərlər:

17.04.2023/13:20/ Gəncədə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub

Gəncədə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub.

xeberaz. info Gəncə Şəər İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Gəncədə bəstəkar Qəmbər Hüseynlinin məzarüstü abidəsinin ətrafında salınan parkın açılışı olub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, kollec direktorları, həmçinin bəstəkarın ailə üzvləri də iştirak edib.

Mərasimdən əvvəl bəstəkar Qəmbər Hüseynlinin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb. Daha sonra yeni parkın açılışı olub.

Əvvəlcədən şəhər sakinləri, o cümlədən şəhərin ziyalıları Gəncə Şəhər İcra Hakimiyətinin başçısı Niyazi Bayramova müraciət edərək, görkəmli bəstəkarın məzarının ətrafında balaca fidanlar üçün park salınmasını xahiş etmişdirlər. Şəhər rəhbərliyi bu müraciətə əsasən müvafiq tədbirlər həyata keçirib, parkın salınması işlərinə başlamışdır.

Qəmbər Hüseynlinin doğum günü ərəfəsində açılan park, balaca fidanlara hədiyyə olunub.

Tədbir zamanı iştirakçılara görkəmli bəstəkarın həyatı və yaradıcılığı haqqında ətraflı məlumatlar verilib. Qeyd olunub ki, 16 aprel 1916-cı ildə Gəncədə dünyaya gələn Qəmbər Hüseynli sənət aləmində xalqına xidməti həyatının əsas mənası hesab edilən sənətkarlardan biridir. Bütün yaradıcılıq dövründə xalqın sevimlisi olan mahnı və romansların müəllifi, dünya təşkilatları tərəfindən tanınan “Cücələrim” əsəri ilə də məşhurdur.

Tədbirin davamında Gəncə Uşaq Evinin sakinləri tərəfindən Qəmbər Hüseynlinin bəstələrinə yazılan şeirlər, yeni istifadəyə verilən parkda körpə və uşaqların oynaması üçün müxtəlif atraksionlar, idman qurğuları, söhbətgah və oturacaqlar yerləşdirilən ərazilərdə səsləndirilib.