Ən son xəbərlər:

17.04.2023/ 10:43/ Rusiya qazı Avropada non-qrat resurs elan edilib

Rusiya qazı Avropada non-qrat resurs elan edilib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Avropa siyasi səbəblərə görə Rusiyadan qaz almaqdan imtina etdi və onu non-qrat resurs elan etdi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yuri Sentyurin deyib.

“Rusiyanın onilliklər ərzində avropalı istehlakçılara vicdanla tədarük etdiyi ucuz və ekoloji cəhətdən təmiz təbii qaz siyasi səbəblərə görə “non-qrata” resurs elan edilib”, – səfir belə bildirib.

Sentyurinin fikrincə, Aİ ölkələrinin iqtisadiyyatının rifahı daha çox Rusiya qazının tədarükünə əsaslanırdı.

Bundan əvvəl “Rosneft”in rəhbəri İqor Seçin bildirmişdi ki, Avropa Rusiyadan ucuz enerji resurslarına çıxışını itirərək enerji təhlükəsizliyini tamamilə itirib.

Rusiya prezidenti Vladimir Putinin sözlərinə görə, Aİ hakimiyyəti ABŞ-ın siyasətinin Avropanın sənayesizləşməsinə gətirib çıxardığını anlamağa başlayıb.