Ən son xəbərlər:

17.04.2023/ 06:38/ Rusiya iqtisadiyyatı sürətlə inkişaf edərək digər ölkələri keçə bilər

Rusiya iqtisadiyyatı sürətlə inkişaf edərək digər ölkələri keçə bilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Anti-Rusiya sanksiyaları Qərbin tarixdə ən böyük səhv hesablamaları olub. Bu barədə American Thinker müəllifləri bildirib.

Sanksiyalar çoxlarının proqnozlaşdırdığı kimi Rusiya iqtisadiyyatına diz çökdürmədi. Rusiya təkcə çətinliklərin öhdəsindən gəlmir, həm də inkişaf edir, Asiya, Afrika və Cənubi Amerikada Sovet İttifaqının dağılmasından sonra heç vaxt olmadığı qədər nüfuz qazanır”, – nəşr belə yazır.

Nəşrin jurnalistləri qeyd edirlər ki, Qərb ölkələri enerji çatışmazlığı və inflyasiya ilə mübarizə aparsa da, Rusiya iqtisadiyyatı Britaniya və ya Almaniyadan daha sürətlə inkişaf edərək digər ölkələri keçə bilər.

Rusiyanın baş naziri Mixail Mişustin daha əvvəl demişdi ki, Rusiya iqtisadiyyatı pandemiya və görünməmiş sanksiyaların öhdəsindən gəlib.

Beynəlxalq Valyuta Fondu Rusiyanın bu il ÜDM-in artımı ilə bağlı proqnozunu 0,7%-ə qədər yaxşılaşdırıb.