Ən son xəbərlər:

17.04.2023/ 05:53/ Ukraynadan Macarıstana taxıl idxalı artıb

Ukraynadan Macarıstana taxıl idxalı artıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Macarıstan Taxıl İstehsalçıları Milli Assosiasiyasının rəhbəri Tamas Petohazi Ukraynadan Macarıstana buğda ixracının 10 dəfə artdığını, qiymətlərin isə iki dəfə azaldığını açıqlayıb.

Onun sözlərinə görə, ötən il ölkəyə digər illərin 30-40 min ton göstəricilərinə qarşı 300-400 min tona yaxın taxıl daxil olub.

Bundan əvvəl Polşa və Macarıstan bu ölkələrin bazarlarında Ukrayna taxılının çox olması səbəbindən Avropa ölkələrində fermerlərin itki ilə üzləşməsindən sonra Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulduğunu elan etmişdi.

Britaniyanın “Express” qəzeti Polşanın Ukraynadan taxıl idxalına qadağa qoymasını çətin məqamda arxadan vurulan bıçaq adlandırıb.