Ən son xəbərlər:

15.04.2023/ 14:23/ ABŞ-ın sanksiyalar siyasəti iqtisadiyyatın dollardan uzaqlaşmanı qaçılmaz edib

ABŞ-ın sanksiyalar siyasəti iqtisadiyyatın dollardan uzaqlaşmanı qaçılmaz edib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Senator, Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin üzvü Olqa Kovitidi RT telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dollardan istifadədən uzaqlaşmanın dönməz olması ilə bağlı bəyanatını şərh edib.

Senator Kovitidi bildirib ki, ABŞ-ın sanksiyalar siyasəti iqtisadiyyatın dollardan uzaqlaşmanı qaçılmaz edib.

Senator bu bəyanatı tam dəstəklədiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, bu gün ABŞ-ın həyata keçirdiyi beynəlxalq iqtisadi proseslərin siyasiləşdirilməsi dollar sisteminin toksikliyinin inkişafına gətirib çıxarıb.

Bundan əlavə, onun sözlərinə görə, ABŞ və onun peyklərinin sanksiya siyasəti iqtisadiyyatın de-dollarizasiyası proseslərinin qaçılmazlığına gətirib çıxarıb.

Bu gün Rusiyada tətbiq olunan yeni maliyyə sistemi tamamilə düzgündür, çünki o, Rusiyanın iqtisadi təhlükəsizliyinin maraqlarına cavab verir, – Kovitidi  belə izah edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib ki, dollardan istifadədən uzaqlaşma geri dönməzdir.