Ən son xəbərlər:

06.05.2024/ 15:59/ İordan çayının qərb sahilində sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı ərəb dövlətlərinin mövqeyi yumşalıb

İordan çayının qərb sahilində sülhməramlı qüvvələrin yerləşdirilməsi  ilə bağlı ərəb dövlətlərinin mövqeyi yumşalıb

Son həftələr Fələstin anklavı və İordan çayının qərb sahilində sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı bir sıra ərəb dövlətlərinin mövqeyi yumşalıb. Əgər Bu barədə Britaniyanın “Financial Times” qəzeti adı açıqlanmayan ərəb diplomatlarına istinadən yazıb.

əvvəllər onlar Qəzzanın fələstinlilərin özləri tərəfindən idarə olunmasında israr edirdilərsə və beynəlxalq və ya regional qüvvələrin anklava daxil edilməsini dəstəkləməkdən imtina edirdilərsə, indi onlar  sülh prosesinə sadiqliklərinin sübutu kimi sülhməramlı qoşunların göndərilməsini istisna etmirlər.

Nəşrin həmsöhbətinin sözlərinə görə, hələlik sülhməramlı təşəbbüsü yalnız Misir dəstəkləyib, Səudiyyə Ərəbistanı, İordaniya və Qətər isə Qəzzaya ərəb sülhməramlılarının göndərilməsinin əleyhinədir.