Ən son xəbərlər:

15.04.2023/ 08:43/ Kişidanın çıxışı zamanı baş verən partlayış nəticəsində xəsarət alan olmayıb

Kişidanın çıxışı zamanı baş verən partlayış nəticəsində xəsarət alan olmayıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Yaponiyanın baş naziri Fumio Kişidanın Vakayama şəhərində çıxışı zamanı baş verən partlayış nəticəsində xəsarət alan olmayıb. Bu barədə NHK telekanalının məlumatında deyilir.

“Polis itkilərin olmadığını bildirir”, – məlumatda belə deyilir. Qeyd olunur ki, hadisə zamanı yaxınlıqda bir neçə yüz nəfər adam olub.

Bundan əvvəl məlum olmuşdu ki, Vakayama şəhərində Yaponiyanın baş naziri Fumio Kişidanın çıxışı yerinin yaxınlığında partlayış baş verib, siyasətçi xəsarət almayıb.