Ən son xəbərlər:

15.04.2023/ 06:16/ ABŞ-ın Dövlət Departamenti sentyabrda Ukraynaya 4,9 milyard dollar yardım ayıracaq

ABŞ-ın  Dövlət Departamenti sentyabrda Ukraynaya 4,9 milyard dollar yardım ayıracaq.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, ABŞ Dünya Bankının mexanizmləri ilə sentyabrda Ukraynaya 4,9 milyard dollar yardım edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Qeyd olunur ki, Vaşinqton Dünya Bankının mexanizmləri ilə Kiyevə 18 milyard dollar yardım edib.

Sentyabrda daha 4,9 milyard dollar ayrılacaq, – TASS yayımladığı Dövlət Departamentinin açıqlamasında belə deyilir.

Bundan əvvəl prezident Ronald Reyqanın keçmiş xüsusi köməkçisi Duq Bandou bildirmişdi ki, ABŞ Ukraynaya başa salmalıdır ki, Qərb yardımı yalnız Kiyev Rusiya ilə danışıqlara hazır olduqda davam edəcək.