Ən son xəbərlər:

15.04.2023/ 05:35/ Avropanı aşağı sürətli artım və davamlı inflyasiya gözləyir

Avropanı aşağı sürətli artım və davamlı inflyasiya gözləyir.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Avropa ölkələrini qısa müddətdə aşağı sürətli iqtisadi artım və davamlı yüksək inflyasiya gözləyir; inkişaf etmiş Avropa ölkələrində 2023-cü ildə inflyasiya orta hesabla təxminən 5,6% təşkil edəcək. Bu barədə cümə günü Beynəlxalq Valyuta Fondunun Avropa Departamentinin direktoru Alfred Kammer ABŞ paytaxtında Fondun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı keçirdiyi mətbuat konfransında bildirib.

Kammerin sözlərinə görə, Avropa ötən qış ümumi tənəzzüldən yayınıb və möhkəmlik nümayiş etdirib. Bununla belə, region bir sıra problemlərlə, inflyasiyaya qalib gəlmək, iqtisadiyyatın bərpasını dəstəkləmək və maliyyə sabitliyini təmin etmək zərurəti ilə üz-üzədir.  Kammer qeyd edib ki, son bir neçə həftə ərzində bank sektoru və ümumilikdə maliyyə sabitliyi sınaqdan keçirilib.

İnflyasiya davamlı olaraq yüksək olaraq qalır. Avropanın əksər inkişaf etməkdə olan ölkələrində və bəzi qabaqcıl iqtisadiyyatlarda bu, ikirəqəmlidir. Enerji qiymətləri aşağı düşüb, lakin digər məişət xərclərinin qiymətləri sürətlə artmaqda davam edir, – Kammer belə bildirib.

BVF nümayəndəsinin sözlərinə görə, Avropa üçün proqnoz aşağı sürətli artım və davamlı inflyasiyadır. İnkişaf etmiş Avropa ölkələrində BVF-nin proqnozlarına görə, ÜDM artımı 2022-ci ildəki 3,6%-dən bu il 0,7%-ə qədər azalacaq, lakin 2024-cü ildə 1,4%-ə yüksələcək.

Kammer Belarus, Rusiya, Türkiyə və Ukrayna istisna olmaqla, inkişaf etməkdə  olan Avropa iqtisadiyyatlarında, ÜDM artımının 2023-cü ildə 4,4%-dən 1,1%-ə düşəcəyini, daha sonra 2024-cü ildə 3%-ə yüksələcəyini diqqətə çatdırıb.