Ən son xəbərlər:

15.04.2023/ 04:57/ Rusiya ixrac əməliyyatlarında dollarla ödənişləri azaldır

Rusiya ixrac əməliyyatlarında dollarla ödənişləri azaldır.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, Rusiya kontragentlərlə və ixrac əməliyyatlarında dollarla hesablaşmaların həcmini azaltmaqda davam edir. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanov məlumat verib.

Biz tədricən ödənişi rahat etmək üçün dollarla hesablaşmaları, xüsusən də ixrac mallarımızın tədarükü üçün, kontragentlərimiz arasında hesablaşmaları azaldırıq ki, xarici iqtisadi fəaliyyət iştirakçılarımız üçün aydın və rahat olsun. İndi milli valyutalarda, rublda və dost ölkələrin valyutalarında hesablaşmalara üstünlük veririk, – Siluanov belə deyib.