Ən son xəbərlər:

15.04.2023/ 04:34/ İsveçdə Rusiya Federasiyasının vətəndaşı sənaye casusluğunda şübhəli bilinərək saxlanılıb

İsveçdə Rusiya Federasiyasının vətəndaşı sənaye casusluğunda şübhəli bilinərək saxlanılıb.

xeberaz.info Rusiya KIV-lərinə istinadən bildirir ki, İsveç polisi Rusiya vətəndaşını sənaye casusluğu şübhəsi ilə saxlayıb. Cümə günü TV4 telekanalı iddia edir ki, saxlanılan şəxs Göteborqdakı Preem neft emalı zavodunda işləyib.

Polis araşdırma aparır. Təhlükəsizlik polisi hələ işə qoşulmayıb. Təhlükəsizlik polisinin sözçüsü Qabriel Wernstedt hadisəni belə şərh edib: “Biz bu işdən xəbərdarıq, lakin bu, polis məsələsi olduğundan, biz buna istinad edirik”.

Telekanalın məlumatına görə, rusiyalı qadının saxlanması ilə bağlı bir neçə nəfər dindirilməyə çağırılıb və müxtəlif yerlərdə axtarışlar aparılıb. Göteborq polisi əməliyyatın keçirildiyini təsdiqləyir, lakin ilkin araşdırmanın məxfiliyini əsas gətirərək, vəziyyəti şərh etmir.