Ən son xəbərlər:

09.04.2023/16:16/ Türkiyə aprelin 11-də kosmosa ilk müşahidə peykini buraxacaq

Türkiyə aprelin 11-də kosmosa ilk müşahidə peykini buraxacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan aprelin 11-də ölkənin yerli istehsalı olan müşahidə peykini orbitə çıxaracağını açıqlayıb.

“İMECE, yerli və milli istehsalı olan ilk yüksək keyfiyyətli müşahidə peykimiz aprelin 11-də kosmos orbitinə buraxılacaq”, – Ərdoğan tvitində belə yazıb.

Türkiyə təlim keçmiş insan resursları və texnologiya ilə “qlobal kosmos yarışında öz yerini qoruyacaq”, – Ərdoğan belə bildirib.

Fevral ayında İsveç və NATO-ya üzv olan 17 ölkənin nümayəndələri ümumi peyk kəşfiyyat şəbəkəsinin yaradılması planlarına dair saziş imzalayıblar.

Aprelin 7-də Çin “Hyperbole-1” (SQX-1) kommersiya bərk yanacaq daşıyıcısını uğurla orbitə çıxarıb.