Ən son xəbərlər:

03.04.2023 /21:53/ NATO ölkələri Ukrayna üçün uzunmüddətli hərbi təchizat proqramı hazırlayır

NATO ölkələri Ukrayna üçün uzunmüddətli hərbi təchizat proqramı hazırlayır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, NATO ölkələri Ukraynaya 65 milyard avro dəyərində silah ötürüb və hazırda uzunmüddətli hərbi təchizat proqramı hazırlayır. Bu barədə bazar ertəsi Brüsseldə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Müttəfiqlər Ukraynaya 65 milyard avro hərbi yardım edib və mən müasir tankların və zirehli transportyorların Ukraynaya gəlməyə başlamasını alqışlayıram. Biz Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsi və sovet silahlarından Qərb silahlarına keçid daxil olmaqla, dəstəyimizi necə artıracağımızı müzakirə edəcəyik. Mən nazirlərin Ukrayna üçün çoxillik proqram üzrə işin başlanması ilə bağlı razılığa gələcəyini gözləyirəm, o, aprelin 4-5-də alyans ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində belə bildirib.

Stoltenberqin sözlərinə görə, NATO-nun Kiyevə dəstəyi uzun müddət üçün nəzərdə tutulub. Stoltenberq hesab edir ki, bu, döyüş meydanında vəziyyətin dəyişməsinə gətirib çıxarır, Ukraynaya özünü müdafiə etməyə və ərazilərini geri almağa kömək edir.