Ən son xəbərlər:

03.04.2023 /19:07/ ABŞ Makronun Çinə səfərinin uğurlu olacağına inanmır

ABŞ Makronun Çinə səfərinin uğurlu olacağına inanmır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, “Politico” yazır ki, ABŞ hökuməti Fransa prezidenti Emmanuel Makronun Çinə səfərinin uğurlu olacağına inanmır. ABŞ rəsmiləri nəşrə bildiriblər ki, Ağ Evin Makronun irəliləyişə nail olacağına ümidi azdır.

Qəzetin yazdığına görə, bu, Fransa lideri ilə Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna böhranı ilə bağlı danışıqların uğursuzluğu ilə bağlıdır.

Eyni zamanda, Vaşinqton Makronla Çin prezidenti Si Cinpin arasında danışıqlara etiraz etmir.

Bundan əvvəl bildirilmişdi ki, Makron Çinə qarşıdakı səfəri zamanı Pekini Rusiyaya hərbi yardım göstərməklə bağlı xəbərdarlıq etmək niyyətindədir.