Ən son xəbərlər:

03.04.2023 /18:41/ BCM-nin heç bir qərarının Rusiya üçün əhəmiyyəti yoxdur

BCM-nin heç bir qərarının Rusiya üçün əhəmiyyəti yoxdur.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Senator, Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin üzvü Olqa Kovitidi RT-yə müsahibəsində Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini qadağan edən düzəlişlərin müvafiq komitələr tərəfindən hazırlanması ilə bağlı bəyanatını şərh edib.

Millət vəkili bunu tam dəstəklədiyini qeyd edib.

Bu, Rusiya Federasiyasının milli təhlükəsizliyinin maraqlarına, ən əsası isə Rusiya Konstitusiyasına cavab verir, – Kovitidi belə bildirib.

Rusiyanın yurisdiksiyasını tanımayan BCM-nin Məhkəməyə qədərki Palatası martın 17-də Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbs olunmasına order verib.

Kreml isə bildirib ki, Moskva Beynəlxalq Cinayət Məhkəməsinin qərarını tanımır. BCM-nin heç bir qərarının Rusiya üçün, o cümlədən hüquqi baxımdan heç bir əhəmiyyəti yoxdur.