Ən son xəbərlər:

03.04.2023 /17:58/ Finlandiyanın NATO-nun tərkibində olması ilə Rusiya ilə alyans arasında ümumi sərhəd 1,3 min km artacaq

Finlandiyanın NATO-nun tərkibində olması ilə Rusiya ilə alyans arasında ümumi sərhəd 1,3 min km artacaq.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Finlandiya NATO-ya daxil olduqdan sonra alyans ölkələrinin Rusiya ilə ümumi sərhədi indiki 1215 km-dən iki dəfədən çox artacaq. Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın aprelin 4-ü çərşənbə axşamı alyansa qoşulacağını təsdiqləyib.

Bu barədə Kommersant yazır.

Bundan əvvəl İsveçin xarici işlər naziri Tobias Billström İsveçin alyansa üzv olmasına qədər Finlandiyanın NATO-ya üzvlüyünün tam başa çatmayacağı fikrini bildirmişdi.