Ən son xəbərlər:

03.04.2023 /17:12/ Macarıstan etibarlı qaz göndərişindən imtina etməyəcək

Macarıstan etibarlı qaz göndərişindən imtina etməyəcək.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Macarıstan hökuməti siyasi səbəblərə görə etibarlı qaz təchizatçıları ilə əməkdaşlıqdan imtina etmək niyyətində deyil. Bu barədə bazar ertəsi Budapeştdə mayeləşdirilmiş təbii qazdan (LNG) istifadəyə dair beynəlxalq konfransda çıxış edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib.

Biz siyasi səbəblərə görə etibarlı qaz tədarükçüləri ilə müqavilələrdən imtina etməyəcəyik, – XİN-nin rəhbəri belə bildirib. Onun sözlərinə görə, Macarıstan yanacaq tədarükünün coğrafi istiqamətini dəyişmək niyyətində deyil. Szijarto vurğulayıb ki, enerji mənbələrinin və onların çatdırılma marşrutlarının şaxələndirilməsi təkcə yenilərin axtarışını deyil, həm də köhnə imkanların istifadəsini nəzərdə tutur.