Ən son xəbərlər:

30.03.2023 / 21:53 / Belarus Avropanın təhlükəsizliyinə təhlükə olması barədə xəbərdarlıq edib

Belarus Avropanın təhlükəsizliyinə təhlükə olması barədə xəbərdarlıq edib.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə, NATO-nun daha da genişlənməsi Avropanın təhlükəsizliyini təhdid edir. Bu barədə Belarus Xarici İşlər Nazirliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xosep Borrelin respublika ərazisində Rusiya nüvə silahlarının yerləşdirilməsi planları ilə bağlı mesajına cavab olaraq bildirib.

NATO-nun yeni qüvvələrinin Belarus sərhədləri yaxınlığında yerləşdirilməsi və alyansın Şimali Avropada daha da genişlənməsi məsuliyyətsiz eskalasiyadır və Avropanın təhlükəsizliyini təhdid edən əsas amillərdir, – Belarus Xarici İşlər Nazirliyində belə qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Belarusda taktiki nüvə silahlarını yerləşdirməyi planlaşdırdığı məlum olub. Bu qərar Qərb ölkələrinin mənfi reaksiyasına səbəb olub. Buna cavab olaraq Minsk bildirib ki, Qərbin sanksiyaları, Aİ və ABŞ-ın respublikanın daxili işlərinə qarışmaq cəhdləri, habelə NATO qüvvələrinin Belarus sərhədləri yaxınlığında toplanması Belarusu öz  təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün məcburi cavab tədbirləri görməyə məcbur edib.