Ən son xəbərlər:

30.03.2023 / 06:45 / Misir və Hindistan yeni vaksinlər istehsal edəcək

Misir və Hindistan yeni vaksinlər istehsal edəcək.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Misir Hindistanla əməkdaşlıq edərək iki növ vaksin istehsalına başlayır. Bu barədə Rusiyanın Misirdəki Ticarət Nümayəndəliyi məlumat yayıb.

Misirin səhiyyə naziri Xalid Əbdül Qaffar hepatit B peyvəndi və beş valentli dərmanların – difteriya, göy öskürək, tetanus, viral hepatit B və Haemophilus influenzae əleyhinə antigenləri ehtiva edən çoxkomponentli vaksin – istehsalı üçün Misirin ilk istehsal xəttini açıb.

Xəttin işə salınması ildə 100 milyon doza dərman istehsalına imkan verəcək. Layihə Misirin VACSERA şirkəti ilə Hindistanın Serum İnstitutu arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Gələcəkdə müxtəlif vaksinlərin illik istehsalının 300 milyon dozaya çatdırılması planlaşdırılır.