Ən son xəbərlər:

30.03.2023 / 06:18 / Səudiyyə Ərəbistanı tısbağa şəklində üzən şəhər tikmək istəyir

Səudiyyə Ərəbistanı tısbağa şəklində üzən şəhər tikmək istəyir.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Səudiyyə Ərəbistanı tısbağa şəklində üzən şəhər tikmək istəyir. Bu barədə “Headlines of Saudi Arabia” məlumat yayıb.

Qədim superkontinent Pangea şərəfinə yaradılacaq superyaxta “Pangeos” 60 min qonaq üçün nəzərdə tutulub.

Onun uzunluğu demək olar ki, 550 metr, eni isə 610 metr olacaq. Terayacht-a mənzillər, villalar, otellər, ticarət mərkəzləri və parklar daxil olacaq. Tikinti 8 il ərzində 5 milyard dollara başa gələcək.

Əgər tikinti həyata keçirilərsə, o, dünyanın ən böyük yaşıl üzən şəhəri və ən böyük üzən strukturu olacaq.