Ən son xəbərlər:

30.03.2023 / 06:02 / Sanksiyalardan yayınmanın qarşısının alınması işi Aİ-nin özündən başlayır

Aİ postsovet respublikalarının  sanksiyalara əməl etməsinə nəzarət edəcək.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David O’Sullivan bildirib ki, o, Rusiya əleyhinə sanksiyalarla bağlı məsələləri müzakirə etmək üçün Qazaxıstan, Özbəkistan, Ermənistan və Gürcüstana səfər etmək niyyətindədir. Bu barədə martın 28-də İA 24.kg məlumat yayıb.

Biz Rusiyaya qarşı sanksiyaları dəstəkləməyən ölkələrin fikrinə hörmət edirik. Amma biz istəməzdik ki, onlar sanksiyalardan yayınmaq üçün platformaya çevrilsinlər, Bişkekdə keçirdiyi brifinqdə çıxış edərkən o, belə deyib.

David O’Sullivanın sözlərinə görə, sanksiyalardan yayınmanın qarşısının alınması işi Aİ-nin özündən başlayır. Bundan əlavə, onun qeyd etdiyi kimi, tərəfdaş dövlətlərdəki vəziyyəti və sanksiyalardan yayınmağı göstərən siqnalları diqqətlə izləmək lazımdır.