Ən son xəbərlər:

30.03.2023 / 05:25 / Suriya ərəb sammitində iştirak etməyə razılıq verib

Suriya Səudiyyə Ərəbistanında keçiriləcək ərəb sammitində iştirak edəcək.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Suriya Səudiyyə Ərəbistanında keçiriləcək ərəb sammitində iştirak edəcək. Bu barədə “Ərəblərin səsi” məlumat yayıb.

Qeyd olunur ki, Rusiya prezidenti Vladimir Putin Moskvaya son səfəri zamanı Suriya prezidenti Bəşər Əsədə Səudiyyə Ərəbistanı ilə ilkin razılaşmanı təklif edib və bu razılaşmanın Suriyanın ərəb dünyasına qaytarılması istiqamətində mühüm addım olacağını bildirib.

Öz növbəsində Dəməşq Səudiyyə Ərəbistanı ilə müqavilə bağlamağa və  Ər-Riyadla diplomatik münasibətləri bərpa etməyə razılaşıb.