Ən son xəbərlər:

30.03.2023 / 04:53 / Kim Çen In ölkənin nüvə potensialını artıracaq

Kim Çen In ölkənin nüvə potensialını artıracaq.

xeberaz.info eadaily-ya istinadən bildirir ki, Şimali Koreya lideri Kim Çen In ölkənin nüvə potensialını artırmaq üçün nüvə materiallarının istehsalının artırılmasına göstəriş verib. Bu barədə ötən gün TsTAK agentliyi məlumat yayıb.

Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin nüvə silahlarının sayını artırmaq planını tam şəkildə həyata keçirmək üçün gələcəkdə silah tipli nüvə materiallarının istehsalını genişləndirmək və silahlanmanın davam etdirilməsinə təkan vermək lazımdır.  Kim Çen In belə bildirib.

O, həmçinin vurğulayıb ki, suverenliyin qorunması üçün nüvə potensialının inkişafı zəruridir. Biz nüvə güclərimizin daim gücləndirilməsi üçün səylərimizi davam etdirməliyik.