Ən son xəbərlər:

14.03.2023 / 19:11 / Avropada qazın qiyməti aşağı düşüb

Avropada qazın qiyməti  aşağı düşüb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Avropada qazın qiyməti keçən həftədən bəri ilk dəfə olaraq min kubmetr üçün 500 dollardan aşağı düşüb. Bunu London Fond Birjasının ICE göstəriciləri də təsdiqləyir.

TTF indeksi üzrə aprel fyuçerslərinin qiyməti min kubmetr üçün 496 dollar və ya meqavat-saat üçün 44,735 avroya düşüb. Gün ərzində ümumi qiymət azalması 10% təşkil edib.

Daha əvvəl bildirilib ki, qazın qiymətinin ucuzlaşmasına Avropada hava şəraiti təsir edir. Belə ki, Aİ ölkələrinin əksəriyyətində temperatur iqlim göstəricilərindən yüksəkdir. Bu, nəinki anbarlardan qaz çəkilişinin azalmasına, həm də onlara vurulan qazın rekord həddə çatmasına səbəb olub.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Aİ-nin Rusiya qazı və neftindən asılılığı keçmişdə qalıb. O qeyd edib ki, son səkkiz ay ərzində Rusiya Federasiyasından enerji təchizatı 80% azalıb, lakin bu problem digər məsələlərlə yanaşı, ABŞ və Norveçdən gələn tədarüklər sayəsində həll olunub.