Ən son xəbərlər:

14.03.2023 / 16:11 / Portuqaliya hərbçiləri tapşırığı yerinə yetirməkdən imtina etdilər

Portuqaliya hərbçiləri tapşırığı yerinə yetirməkdən imtina etdilər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Madeyra adasında yerləşən Portuqaliya hərbi qulluqçuları Rusiya donanmasının gəmisini müşayiət etmək tapşırığını yerinə yetirmək üçün gəmiyə minməkdən imtina ediblər. Bu barədə çərşənbə axşamı Radio i Televisau de Portugal radio şirkəti məlumat yayıb.

Verilən məlumata görə, insident şənbə günü, 13 əsgərin göstərişlərə əməl etmədiyi zaman baş verib. Onlar təhlükəsizlik şəraitinin olmaması və texniki məhdudiyyətlər, o cümlədən mühərrik otağına suyun daxil olması və mühərriklərdən birində problemlər olduğunu qeyd ediblər.

Öz növbəsində Portuqaliya Hərbi Dəniz Qüvvələri həyata keçirəcəkləri missiyanın qısamüddətli olduğuna, sahilə yaxın və yaxşı hava şəraitində baş tutduğuna əmin olub. Hərbi Dəniz Qüvvələri hesab edir ki, 13 əsgər öz vəzifələrini yerinə yetirməyib və səlahiyyətlərinə aid olmayan funksiyaları öz üzərinə götürüb. İndi onlar itaətsizliyin nəticələri ilə üzləşə bilərlər.