Ən son xəbərlər:

14.03.2023/ 15:19 / Litva Aralıq dənizinə hərbi kontingent göndərir

Litva Aralıq dənizinə hərbi kontingent göndərir.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə Litvanın Müdafiə Nazirliyinin mətbuat mərkəzi xəbər verir ki, bu gün, martın 14-də Litva hərbçiləri arasından dəniz təftiş qrupu Avropa İttifaqının rəhbərliyi altında Aralıq dənizində İrini hərbi dəniz əməliyyatında iştirak etmək üçün Almaniyaya göndərilib.

Məhdud kontingentə 11 nəfər – dəniz piyadaları, hərbi polis, xüsusi əməliyyatlar üzrə zabit və hərbi həkim daxildir. Onlar müttəfiqləri ilə birlikdə Liviyaya silah qaçaqmalçılığı və Afrikadan Avropaya qaçqınların qanunsuz göndərilməsinə qarşı Aİ əməliyyatlarında iştirak edəcəklər.

Qrupun əsas vəzifələri şübhəli şəxslərin və su gəmilərinin müəyyən edilməsi, dindirilməsi, dayandırılması, axtarışı və saxlanılmasıdır.