Ən son xəbərlər:

14.03.2023/ 14:56 / Çinlə qarşılıqlı əlaqə və dialoqu davam etdirmək lazımdır

Çinlə qarşılıqlı əlaqə və dialoqu davam etdirmək lazımdır.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə Vaşinqton və London Pekinlə dialoqun davam etdirilməsinin zəruriliyindən danışırlar. TASS bu gün, martın 14-də Reuters agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib.

Agentliyin məlumatına görə, liderlər Çin Kommunist Partiyasının fəallığının artması ilə bağlı çağırışları müzakirə edib və Ukraynanı bundan sonra da dəstəkləmək niyyətlərini açıqlayıblar.

Bundan öncə bildirilmişdi ki, Bayden və Sunak bir sıra beynəlxalq məsələlər, o cümlədən ÇXR-dən gələn çağırışlar və Hind-Sakit Okean regionunda sülh və sabitliyin qorunmasına dair ortaq öhdəliklər barədə fikir mübadiləsi aparıblar.

Ağ Evin açıqlamasında Baydenin baş nazir Sunakı iyun ayında Vaşinqtona səfərə dəvət etdiyinə aydınlıq gətirilib.