Ən son xəbərlər:

14.03.2023/ 14:33 / ABŞ-dakı rejimi dəyişmək lazımdır

ABŞ-dakı rejimi dəyişmək lazımdır.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə ABŞ-ın Rusiyanın daxili işlərinə qarışmağına ehtiyac yoxdur, əksinə, ABŞ-da hökuməti dəyişmək daha vacibdir. Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Bəyanat Fox News-un ABŞ-ın Rusiyada hakimiyyət dəyişikliyinə dəstək olub-olmaması ilə bağlı sualından sonra verilib. Eks-prezidentin cavabını “Fox News” telekanalının aparıcısı Taker Karlson Twitterdə yazıb.

Yox. Biz ABŞ-da rejim dəyişikliyinə dəstək verməliyik, bu, daha vacibdir. Bizi bu qarışıqlığa salan Bayden administrasiyasıdır. Tramp belə bildirib.

Bundan əvvəl Donald Trampın 2024-cü ildə ABŞ prezidentliyinə yenidən namizədliyini irəli sürəcəyi bildirilib.