Ən son xəbərlər:

14.03.2023/ 13:43 / Ukraynanın real ÜDM-nin həcmi 31,4% azalıb

Ukraynanın real ÜDM-nin həcmi 31,4% azalıb.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə 2022-ci ilin dördüncü rübündə Ukraynanın real ÜDM-nin azalması 2021-ci ilin eyni dövrü ilə müqayisədə 31,4% təşkil edib. Bu barədə Ukrayna Dövlət Statistika Xidməti öz rəsmi saytında məlumat yayıb.

Dövlət Statistika Xidməti rəsmi internet saytında 2022-ci ilin dördüncü rübü üzrə ÜDM-in qısa təxminini dərc edib. Statistika agentliyinin məlumatına görə, əvvəlki rüblə müqayisədə 2022-ci ilin IV rübündə Ukraynanın real ÜDM-i 4,7% azalıb.

Eyni zamanda, Ukrayna Dövlət Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin üçüncü rübü üçün Ukraynanın real ÜDM-i 2021-ci ilin eyni dövrü ilə müqayisədə 30,8% azalıb.

Ukraynanın baş nazirinin müavini və iqtisadiyyat naziri Yuliya Sviridenkonun daha əvvəl bildirdiyi kimi, 2023-cü ilin fevralında Ukraynanın ÜDM-i 26% azalıb ki, bu da yanvarda 32% azalma fonunda yaxşılaşmanın əlamətidir.