Ən son xəbərlər:

14.03.2023 / 07:39 / Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını almağa qadir olan yeganə namizəd adlandırıb

Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını almağa qadir olan yeganə namizəd adlandırıb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp üçüncü dünya müharibəsinin qarşısını almağa qadir olan Amerika rəhbərliyinə yeganə namizəd olduğunu deyib.

Bunu vəd edə biləcək yeganə namizəd mənəm. Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam, – Tramp Ayova ştatında tərəfdarlarının mitinqində belə deyib. O qeyd edib ki, müharibə təhlükəsi realdır.

Bundan əvvəl amerikalı demokrat siyasətçi, Kentukki qubernatorluğuna namizəd Cefri Yanq bildirmişdi ki, NATO qoşunlarının Ukraynaya yeridilməsi üçüncü dünya müharibəsinə səbəb ola bilər.