Ən son xəbərlər:

14.03.2023/ 07:06 / Ukrayna ordusu Almaniyada Leopard 2 tankları ilə bağlı təlimləri başa çatdırıb

Ukrayna ordusu Almaniyada Leopard 2 tankları ilə bağlı təlimləri başa çatdırıb.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə Ukrayna ordusu Almaniyada Leopard 2 tanklarının hazırlanmasını başa çatdırıb. Bu barədə ötən gün, martın 13-də “Die Zeit” nəşri məlumat yayıb.

Təlimdə iştirak etmiş ekipajlar tanklarla birlikdə martda Ukraynaya qayıdacaqlar.

Ukrayna əsgərləri Almaniyada bir neçə həftəlik intensiv təlimdən sonra Leopard 2 əsas döyüş tankından istifadə etməyə hazırdırlar, bu barədə Almaniyanın dpa agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, bu gün Aşağı Saksoniyadakı Bergen hərbi poliqonunda təlimin son mərhələsində ukraynalılar Leopard 2-dən istifadə edərək canlı atəş şəraitində hücum və geri çəkilmə məşqləri keçiriblər.

Qeyd olunur ki, alman təlimatçılar təlimlər zamanı əldə olunan nəticələrdən razı qalıblar.