Ən son xəbərlər:

14.03.2023 / 06:49 / Aİ Ukraynaya nə qədər hərbi sursat verə biləcəyini hələ dəqiqləşdirməyib

Aİ Ukraynaya nə qədər hərbi sursat verə biləcəyini hələ dəqiqləşdirməyib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, Avropa İttifaqı öz ehtiyatlarından hansı həcmdə hərbi raketlərin Ukraynaya verilməsi üçün mövcud olduğunu hələ bilmir. Bu barədə bazar ertəsi Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, hazırda Ukraynaya göndəriləcək kifayət qədər sursatın olub-olmayacağı da məlum deyil. Agentliyin məlumatına görə, Aİ gələn həftə Ukrayna üçün hərbi sursatın alınması üzrə birgə plan imzalamağı gözləyir, lakin hazırda Kiyevə 155 millimetrlik mərmilərin verilməsi ilə bağlı qərar dalana dirənib.