Ən son xəbərlər:

14.03.2023 / 06:28 / ABŞ hərbi sursat alışına 30,6 milyard dollar xərcləməyə hazırdır

ABŞ hərbi sursat alışına 30,6 milyard dollar xərcləməyə hazırdır.

xeberaz.info Rusiya KİV-lərinə istinadən bildirir ki, ABŞ növbəti maliyyə ilində hərbi sursat alışına 30,6 milyard dollar xərcləmək niyyətindədir. Bu barədə bazar ertəsi Pentaqonda keçirdiyi brifinqdə müdafiə nazirinin müavini Ketlin Hiks belə bildirib.

Nazir müavini qeyd edib ki, 2024-cü maliyyə ilində təkcə 30,6 milyard dollarlıq hərbi sursat alacağıq ki, bu da 2023-cü maliyyə ilindəkindən demək olar ki, 12% çoxdur.