Ən son xəbərlər:

14.03.2023/ 05:56 / Cozep Borrell Əlcəzairə səfər edib

14.03.2023/ 05:56 / Cozep Borrell Əlcəzairə səfər edib.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə  Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Əlcəzairə səfər edib. Bu barədə Arab Africa teleqram kanalı məlumat yayıb.

Borrell martın 12-də Əlcəzairə iki günlük səfərə başlayıb. Hesab olunur ki, Avropa diplomatiyasının rəhbəri üçün əsas məsələ Əlcəzairdən Avropa İttifaqına qaz nəqlinin müzakirəsi olacaq.

Aİ-nin bəyanatında deyilir: Əlcəzair qazının Avropaya ixracı və Saheldəki vəziyyət Borrelin Əlcəzairdəki danışıqlarının əsas mövzusu olacaq.