Ən son xəbərlər:

14.03.2023/ 05:44 / Çexiya və Slovakiya prezidentləri bir araya gəldilər

14.03.2023/ 05:44 / Çexiya və Slovakiya prezidentləri bir araya gəldilər.

xeberaz.info-nun eadaily-ya istinadən məlumatına görə Çexiya və Slovakiyanın dezinformasiyaya qarşı mübarizə də daxil olmaqla daha sıx əməkdaşlıq etmək imkanı var. Bu barədə ötən gün, martın 13-də Bratislavaya rəsmi səfərə gəlmiş Çexiya prezidenti Petr Pavlovla görüşdə Slovakiya lideri Zuzana Çaputova bildirib.

Onun sözlərinə görə, iki ölkə liderləri xaricə birgə səfərlər etmək imkanını nəzərdən keçirirlər ki, bu da ümumi maraqları gücləndirəcək. Eyni zamanda, Çaputova informasiya müharibəsini böyük çağırış adlandırıb.

Xatırladaq ki, Petr Pavel martın 9-da Çexiya Prezidenti vəzifəsinə başlayıb və ənənəyə uyğun olaraq ilk xarici səfərini Slovakiyaya edir.