Ən son xəbərlər:

11.03.2023 / 04:14 / Dünya heç vaxt qlobal müharibəyə çevrilə biləcək lokal müharibəyə bu qədər yaxın olmamışdı

Dünya heç vaxt qlobal müharibəyə çevrilə biləcək lokal müharibəyə bu qədər yaxın olmamışdı.

xeberaz.info-nun Rusiya KİV-lərinə istinadən məlumatına görə Macarıstanın baş naziri Viktor Orban cümə günü Kossuth radiostansiyasına müsahibəsində deyib ki, Kiyevlə müttəfiq olan Qərb ölkələri öz qoşunlarını Ukraynaya göndərməyə çox yaxındırlar.

Ukrayna ilə müttəfiq ölkələrin əsgərlərinin də döyüş əməliyyatlarında iştirak etməsinin ciddi ehtimalı var, – Orban belə deyib. Dünya heç vaxt qlobal müharibəyə çevrilə biləcək lokal müharibəyə bu qədər yaxın olmamışdı, Qərb dünyasının liderləri müharibə qızdırmasından əziyyət çəkirlər. Müharibəni dəstəkləyən çıxışlar edirlər, daha çox qurbanlara ehtiyac var, daha ölümcül silahlar lazımdır, onlar Ukraynaya göndərilməlidir deyirlər.