Ən son xəbərlər:

23.02.2023/19:25/ Türkiyə hərbi əməliyyatlara və Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaq edilməsinə qarşıdır

Türkiyə hərbi əməliyyatlara və Ukrayna ərazilərinin Rusiya tərəfindən ilhaq edilməsinə qarşıdır.

xeberaz.info-nun məlumatına görə Türkiyənin BMT-dəki yeni nümayəndəsi Sedat Önal BMT Baş Assambleyasının Ukrayna ilə bağlı fövqəladə iclasında çıxış edib. Bu barədə bu gün, fevralın 23-də “Türkiyə xəbərləri” məlumat yayıb.

Türkiyəli diplomat qeyd edib ki, mümkün qədər tez diplomatiya yolu ilə hərbi əməliyyatların dayandırılması üçün aydın baxış formalaşdırmaq lazımdır. Türkiyə hərbi əməliyyatlara qarşıdır və Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərinin ilhaqını rədd edir. Türkiyə bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, Ankara Moskvaya qarşı birtərəfli iqtisadi tədbirlərə qoşulmasa da, Rusiyanın sanksiyalardan yan keçməsinə imkan verməyəcək.