Ən son xəbərlər:

23.02.2023/18:39/ Çexiya Ukraynaya hərbi yardım göstərdiyi barədə hesabat verib

Çexiya Ukraynaya hərbi yardım göstərdiyi barədə hesabat verib.

xeberaz.info-nun məlumatına görə Çexiya Müdafiə Nazirliyi 2022-ci ildə Ukraynaya öz mülkiyyətindən 38 tank, 55 piyada döyüş maşını, 4 ədəd aviasiya texnikası və 13 özüyeriyən haubitsa verib. Bu barədə bu gün, fevralın 23-də respublikanın müdafiə naziri Yana Çernoxova məlumat verib.

Onun sözlərinə görə, Praqa həmçinin 47 avtomobil, 27 518 artilleriya mərmisi, 12 buraxılış qurğusu, onkar üçün 4 900 raket, 8 022 qumbaraatan, 128 minaatan, 17 400 minaatan mərmisi, 291 ədəd hava hücumundan müdafiə vasitəsi, 30 025 tapança, 11 233 uzun lüləli silah, atıcı silah üçün 4 263 000 patron verib. Bundan əlavə, Çexiya Müdafiə Nazirliyi Ukraynaya tibbi yardım, radiasiya mühafizəsi və kimyəvi silahdan müdafiə vasitələri, digər hərbi avadanlıq və ehtiyat hissələr göndərib. Çernoxova həmçinin bildirib ki, onun idarəsi öz binalarında 1 038 ukraynalı qaçqın yerləşdirib.

Xatırladaq ki, Çexiya Rusiyanın Ukraynadakı hərəkətlərini qınayır və Kiyevə hər cür yardım göstərir. Bundan əvvəl Çexiyanın baş naziri Pyotr Fiala bildirmişdi ki, ötən il ümumilikdə dövlət və kommersiya strukturları tərəfindən Ukraynaya ümumilikdə 89 tank, 226 BPM və BTR, 38 haubitsa və s. verilib. Tədarükün ümumi məbləği təxminən 417 milyon avro təşkil etmişdir.