Ən son xəbərlər:

23.02.2023/18:14/ Artıq Suriyanı təcrid etməyin mənası yoxdur

Səudiyyə Ərəbistanı: Artıq Suriyanı təcrid etməyin mənası yoxdur.

xeberaz.info-nun məlumatına görə Səudiyyə Ərəbistanının xarici işlər naziri Faisal bin Farhan Al Saud deyib ki, artıq Suriyanı təcrid etməyin mənası yoxdur. Bu barədə Sepah Pasdaran məlumat yayıb.

Ərəb dünyasında Suriyanı təcrid etməyin mənası olmadığı və qaçqınların geri qaytarılması da daxil olmaqla ən azı humanitar məsələlərin həlli üçün Dəməşqlə dialoqun nə vaxtsa lazım olduğuna dair konsensus yaranır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Ərəb Respublikasında baş vermiş dağıdıcı zəlzələ fonunda Suriyaya humanitar yardım köçürüb.