Ən son xəbərlər:

23.02.2023/13:16/ Rusiya qazının Belarusa tədarük şərtləri açıqlanıb

2Rusiya qazının Belarusa tədarük şərtləri açıqlanıb.

xeberaz.info-nun məlumatına görə Belarus üçün Rusiya qazının qiyməti 2022-ci ilin şərtlərinə əsaslanır. Bu barədə bu gün, fevralın 23-də respublikanın energetika naziri Viktor Karankeviç məlumat verib.

Onun sözlərinə görə, Qazprom şirkəti ilə Belarus hökuməti arasında Belarusa təbii qazın tədarükü qiymətlərinin müəyyən edilməsi qaydası və Qazprom transgaz Belarusiya tərəfindən ölkədə alıcılara satılan təbii qaza əlavə qiymətlərin qoyulması səviyyəsi haqqında protokol 2023-cü il üçün imzalanıb.

Sənədə əsasən, Belarus üçün qazın qiyməti Rusiya rubluna nisbətdə formalaşır və 2022-ci ilin şərtlərinə əsasən razılaşdırılır.

Xatırladaq ki, Belarus tamamilə Rusiya qazından asılıdır. Əvvəllər respublika üzrə mavi yanacağın hər min kubmetri təxminən 128 dollar təşkil edirdi.